FİFA prezidenti dünya çempionatında komanda sayının artırılmasına münasibət bildirib

FİFA prezidenti dünya çempionatında komanda sayının artırılmasına münasibət bildirib
11 Yanvar 2017
Mətni dəyiş
"Futbol üzrə dünya çempionatı formatındakı dəyişiklik maliyyə yox, idmanla bağlıdır".
Bunu BBC-yə açıqlamasında FİFA prezidenti Canni İnfantino deyib.
İnfantino bildirib ki, bu, XXI əsrdə futbolu xarakterizə edən tarixi qərardır. Ali futbol qurumunun rəhbəri hesab edir ki, 2026-cı ildən etibarən mundial iştirakçıları sayının 32-dən 48-ə yüksəldilməsi oyunların real keyfiyyətini də artıra bilər: "Bir çox ölkə dünya çempionatında şans əldə edəcək. Nəticədə onlar elit komandalara qarşı bütün qüvvələrini səfərbər edə biləcəklər".
İnfantino bildirib ki, futbolun inkişafı təkcə bir qitə ilə kifayətlənməməlidir: "Futbol dəyişərək, daha qlobal olub. Hamı Avropa futbolunun uğuruna sevinir, amma qitədən kənarda da futbol inkişaf etməlidir. Klubların iradları təqvimlə və oyunçuların yüklənmələri ilə bağlı idi. Biz onların tələblərini yerinə yetirdik. Yenə eynilə 32 gün və maksimum 7 qarşılaşma oynanılacaq".
Xatırladaq ki, dünya çempionatında komanda sayının artırılması barədə qərarı FİFA Şurası qəbul edib. Bu qərardan sonra ali futbol qurumunun əlavə 500 milyon avro qazanacağı gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun