Ermənistanda atom elektrik stansiyasında qəza baş verib

Ermənistanda atom elektrik stansiyasında qəza baş verib
22 Yanvar 2017
Mətni dəyiş
Ermənistanda atom elektrik stansiyasında qəza baş verib.
 
Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan baş nazirinin müşaviri Şuşan Sardaryan deyib.
Onun sözlərin görə, yanvarın 21-də atom elektrik stansiyasının enerji təchizatı yüksəkgərginlikli elektrik ötürücü xəttində baş vermiş qəza nəticəsində dayandırılıb.
Sardaryan bildirib ki, qəza nəticəsində üçüncü enerji bloku operativ qaydada işə düşüb və elektrik enerjisini çatışmaması Gürcüstandan təmin edilib.
Baş nazir müşavirinin sözlərinə görə, axşam saatlarında qəza aradan qaldırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun