Dünyanın ən təhlükəsiz aviaşirkətləri məlum olub

Dünyanın ən təhlükəsiz aviaşirkətləri məlum olub
9 Yanvar 2017
Mətni dəyiş
Almaniyanın qiymətləndirmə mərkəzi olan “Jet Airliner Crash Data Evaluation Center” şirkəti dünyanın ən təhlükəsiz aviaşirkətinin adını açıqlayıb.
2016-cı ilin ən təhlükəsiz aviaşirkəti adını  Honkonqun “Cathay Pacific” şirkəti qazanıb.
Sıralamanın ikinci pilləsində isə Yeni Zelandiyaya məxsus  “Air New Zealand” aviaşirkəti qərarlaşıb. Üçlüyü isə Çinin  “Hainan Airlines” şirkəti tamamlayır.
Fins.az xəbər verir ki, siyahıda növbəti pillələrdə ardıcıl olaraq Qətərin “Qatar Airways”, Niderlandın “KLM”, Tayvanın “EVA Air”, BƏƏ-nin “Emirates” “Etihad Airways” şirkətləri qərarlaşıb.
Ümumilikdə siyahıda 60 şirkətin adı yer alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun