Cocuq Mərcanlıda Wi-Fi pulsuz olacaq

Cocuq Mərcanlıda  Wi-Fi pulsuz olacaq
27 Yanvar 2017
Mətni dəyiş
Azərbaycan İnternet Cəmiyyəti (AİC) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ödənişsiz internet təmin etməyə hazırdır.
Bunu Trend-ə AİC rəhbəri Qalib Qurbanov deyib.
Onun sözlərinə görə, bunun üçün “Aztelekom” üçün kəndin telefon stansiyasına optik kabel çəkmək kifayətdir.
Q.Qurbanov bildirib ki, bundan sonra provayderlər birgə səylərlə bütün kənd ərazisini ödənişsiz Wi-Fi ilə təmin edə bilər.
Qeyd edək ki, yanvarın 24-də Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun