Ceyhandan 1,9 milyon tona yaxın Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

Ceyhandan 1,9 milyon tona yaxın Azərbaycan nefti dünya bazarlarına çıxarılıb
9 Yanvar 2017
Mətni dəyiş
2016-cı ilin dekabr ayı ərzində 1 887 729 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Bu həcmin 1 374 823 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Bu barədə SOCAR-ın yaydığı məlumatda bildirilir.
Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 28 640 827 ton təşkil edib.
Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilən gündən 2017-ci il yanvarın 1-dək Ceyhan limanından 319 834 599 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun