BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub

BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub
9 Yanvar 2017
Mətni dəyiş
2016-cı ilin dekabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 386 450 ton Azərbaycan nefti nəql olunub.
SOCAR-ın yaydığı məlumata əsasən, ötən ilin yanvar-dekabr aylarında bu kəmərlə 28 862 673 ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il yanvarın 1-dək BTC-yə 321 538 062 ton neft vurulub.
Bundan başqa, 2016-cı ilin dekabr ayında BTC kəməri ilə 441 271 ton Türkmənistan nefti nəql olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun