Braziliyada bir həftədə ikinci həbsxana üsyanı baş verib

Braziliyada bir həftədə ikinci həbsxana üsyanı baş verib
7 Yanvar 2017
Mətni dəyiş
Braziliya hökuməti ölkənin şimalında yerləşən Roraima əyalətindəki həbsxanada 33 məhbusun öldüyünü açıqlayıb.
Braziliya hökumətinin açıqlamasında səhər saatlarında Pamc adlı həbsxanada baş verən üsyanda 33 məhbusun öldüyü ifadə edilib. Yerli səlahiyyətlilər hadisənin nəzarət altına alındığını da söyləyib.
"Euronews" xəbər verir ki, Pamc həbsxanasında keçən ilin oktyabr ayında da rəqib narkotik şəbəkələri üzvlərinin döyüşü 10 nəfərin ölümüylə sonlanmışdı. Yerli səlahiyyətli Uziel de Castro, son üsyanın məsulunun Sao Paola mərkəzli "First Capital Command" (PCC) adlı narkotik şəbəkəsi olduğunu irəli sürüb.
Xatırladaq ki, Braziliyada 5 gün əvvəl Manaus şəhərindəki bir həbsxanada üsyan baş vermiş, 66 məhbus həyatını itirmişdi.
Ölkənin son 20 ildəki ən qanlı həbsxana üsyanı olaraq tarixə keçən hadisənin rəqib narkotik şəbəkələrinin döyüşü zamanı qeydə alındığı bildirilmişdi. Üsyan əsnasında çox sayda PCC təşkilatı mənsubu bir digər narkotik şəbəkəsi olan "Şimali Ailəsi" üzvləri tərəfindən öldürülmüşdü.
PCC-nin Braziliyanın ən güclü narkotik şəbəkəsi olduğu vurğulanır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun