Bizi əhatə edən radiodalğalar bədənimizə ziyandırmı? - Dr. Vasif İsmayıl

Bizi əhatə edən radiodalğalar bədənimizə ziyandırmı? - Dr. Vasif İsmayıl
23 Yanvar 2017
Mətni dəyiş
Dr. Vasif İsmayıl
Təbiətdə hər şey müəyyən tarazlığa malikdir. Ətrafımızda gördüyümüz hər şey bir-birinə təsir edir – bəzən bu təsir faydalı olur, bəzən isə zərərli. Məsələn, insan övladı gözəl ağac da yetişdirə bilər, başqa vaxt isə meşələri qırıb tökə bilər. Göbələklər çox vaxt bizə faydalıdır, amma bəzən göbələk zəhəri bizi öldürə də bilər.
Bizim dünyamızı işıq doldurub deyə bilərik. Gözlərimizlə ətrafımıza baxır, üstünə işıq düşən hər şeyi görə bilirik. İşıq olmazsa, ətrafımızda heç nəyi görə bilmirik, deyil mi?
Elə isə işıq nədir?
[caption id="attachment_21172" align="alignnone" width="700"] Elektromaqnetik dalğanın sxemi[/caption]
Bu sual ətrafında müdrik insanlar (bəzən axmaqlar da öz aləmlərində fərziyyə irəli sürürdülər) minillərlə düşünmüş, hipotezlər irəli sürmüşdülər. Sağlam düşüncə və elm axırda işığın bir elektromaqnetik dalğa olduğunu kəşf etdi. Bizim gördüyümüz işığın təbiətini ən son izah edən Eynşteyn oldu (Albert Einstein).
Elektromaqnetik dalğalar sizin bildiyiniz suya daş atanda və ya küləkli havada dənizlərdə,
[caption id="attachment_21173" align="alignleft" width="350"] Dalğa və dalğa boyu.[/caption]
göllərdə yaranan dalğalar kimidir. Amma elektromaqnetik dalğaları daş və ya külək deyil, elektronların atomda bir orbitdən o birinə sıçrayışları yaradır. Öz də elektromaqnetik dalğa bir deyil, əslində iki dalğanın birləşməsidir: elektrik və maqnetik dalğa.
Dalğalar hərəkət etdikləri mühitdə yüksəlmə və enişlər yaradırlar. Dənizlərdə dalğaların necə şaha qalxdıqlarını yəqin görmüsünüz. Alimlər rahatlıq üçün dalğaları bir-birindən dalğa boylarına görə ayırırlar. İki yüksəlişin ən təpəsindəki nöqtələri birləşdirərək aradakı məsafəni ölçürlər, elə buna da Dalğa Boyu deyirlər.
Elektromaqnetik dalğanın da dalğa boyu vardır. İnsanlığın ilk tanıdğı elektromaqnetik dalğa
[caption id="" align="alignright" width="800"] Radio dalğalarının sxemi[/caption]
görünən işıqdır. Artıq 200 ildən çoxdur biz insanlar elektromaqnetik dalğaların bütün növlərini kəşf etmişik.
Məsələn, radio dalğaları. Onların dalğa boyu 1 millimetrdən 100 kilometrə qədər dəyişir. Siz, yəqin radio və televiziya antenlərinin uzunluğuna fikir vermisiniz. Əvvəllər uzun dalğalı radio cihazlarının üstündə yarım metrə qədər uzanan anten olardı. Səs çox da keyfiyyətli olmazdı, amma Bakıdakı teleqüllədən siqnalları Sumqayıta qədər ötürmək olurdu. Amma indiki FM radio nisbətən qısa dalğa istifadə edir, antenlər də kiçilib cihazın içinə gözümüzdən uzaq yerə gizlədildilər. Səs keyfiyyəti əladır, lakin Əhmədlidəki stansiyanı maksimum Səbayeldə dinləyə bilirik.
Nə isə.
[caption id="attachment_21177" align="alignleft" width="350"] Bluetooth dalğalarının sxemi[/caption]
Radio dalğaları 1 millimetrə qədər qısala bilər. Dalğa boyu qısaldıqca daha çox məlumat ötürə bilirik, amma ötürmə məsafəsi ciddi şəkildə kiçilir.
Məsələn, “bluetooth” iki mobil cihazı bir-biri ilə birləşdirmək üçün istifadə edilən radio cihazıdır. Bluetooth radio dalğalarının boyu 12.5 santimetrdir.
Wi-fi da öz növbəsində bir çox mobil vasitəni bir-biri ilə birləşdirən (tamamilə doğrudur) radio cihazıdır. Wi-fi cihazının dalğa boyu 6 ilə 12 santimetr arasında dəyişir.
[caption id="attachment_21178" align="alignright" width="350"] Wi-fi dalğaları sxemi[/caption]
Mobil telefonlar da radio dalğaları ilə işləyirlər. Bu dalğaların öz adı var: mikrodalğa. Bu gün mobil telefonların zəng edib danışmaq üçün istifadə etdiyi dalğaların boyu 1 millimetrdən 1 metrə qədər dəyişir. Mobil telefonun qapağını açdığınız zaman onun ətrafında sırası ilə Bluetooth, Wi-fi, GPS və UMTS və nəhayət GSM antenlərinin olduğunu görərsiniz.
Radio dalğalarının ziyanı.
Çoxumuz tez-tez mətbuatda Wi-fi və Bluetooth-un insana ziyanlı olduğunu eşidir və oxuyuruq. Bəzilərimiz buna inanır. Görəsən bu
[caption id="attachment_21179" align="alignleft" width="350"] Mobil telefonların GSM dalğalarının sxemi[/caption]
xəbərlər doğrudur mu? Yoxsa “qəddar mason”-lar həqiqətən bizi məhv etmək, beynimizdə xərçəng əmələ gətirmək istəyirlər?
Bizim gördüyümüz işıqdan başqa dünyada çoxlu elektromaqnetik dalğa növü olduğundan danışırıq. Görəsən işığın özünün dalğa boyu necədir? İnsan gözünün gördüyü işığın dalğa boyu 390 nanometrdən 700 nanometrə qədərdir. Yəni metrdən milyard dəfə daha qısa.
Əgər görünən işıq bizim orqanizmimizə ziyan deyilsə, radio dalğaları, eləcə də Wi-fi, Bluetooth niyə ziyan olsun ki?
İş bu qədər sadə deyildir. Elektromaqnetik dalğalar canlı orqanizminə, lap elə insanın özünə də ziyanlı ola bilər.
Hər bir dalğa özü ilə enerji daşıyır. Suya atdığınız daşla
[caption id="attachment_21180" align="alignright" width="400"] Görünən işıq dalğalarının sxemi[/caption]
meydana gələn dalğa ancaq sudan üzən saman çöpünü yırğalaya bilər. Amma şiddətli tufanın əmələ gətirdiyi dalğalar lap gəmi də batırar.
Elektromaqnetik dalğalar da həmçinin. Dalğa boyu qısaldıqca o dalğanın daşıdığı enerji miqdarı artır. Tərs mütənasibdir yəni.
Məsələn, 1 santimetrlik dalğa sözsüz ki 1 metrlik dalğadan daha çox enerji daşıyır.
Alimlər hansı elektromaqnetik dalğaların canlılara zərərli təsir etdiyini hesablayıblar.
Bir elektromaqnetik dalğanın canlılara zərərli olması, xərçəng əmələ gətirməsi üçün onun dalğa boyunun 390 nanometrdən daha qısa olması lazımdır.
Bunlar Ultrabənövşəyi şüalar, Rentgen şüasıQamma şüalarıdır.
Məsələn, rentgen şüalarının dalğa boyu 0.1 nanometrdən 100 nanometrə qədər dəyişir. Bu qədər enerjiyə malik dalğa canlı hüceyrəsindəki genetik materiala zərər vura bilər. Genetik material isə zərər gördüyü zaman xərçəng xəstəliyi əmələ gəlmə ehtimalı vardır.
[caption id="attachment_21181" align="alignnone" width="800"] Rentgen şüalarının sxemi[/caption]
Əslində siz özünüz də elektromaqnetik dalğa buraxırsınız.
Eynşteynin vaxtında Almaniyada Maks Plank (Max Plank) adlı müdrik bir fizik yaşayıb. Eynşteyn məhz bu Plankın nəzəriyyələrindən birinə qarşı elə eyni Maks Plankın redaktoru olduğu jurnala tənqidi məqalə göndərmişdi. Amma Maks Plank müdrik bir insan kimi öz nəzəriyyəsini tənqid edən məqaləni çap etməyə icazə vermişdi.
Amma Eynşteynin tənqid etdiyi başqa şey idi, burada danışdığımıza aidiyyəti yoxdur.
Maks Plank özündən əvvəl alimlərin araşdırdıqları ilə birlikdə ortaya elmi dildə “qara cisim şüalanması” anlayışını gətirmişdi. Bu dünyada hər şey öz temperaturundan asılı olaraq ətrafa elektromaqnetik dalğa yayır. Soyuq cisimlər daha uzun, isti cismlər isə daha qısa dalğalar yayır. Evinizin divarındakı kərpic hava istiliyi düşük olanda özündən zəif mikrodalğa buraxır. Bu kərpic yayda artıq daha da isinərək özündən daha qısa dalğa boyu olan infraqırmızı dalğalar buraxır. Kərpici sobaya atıb isitdiyiniz zaman nə olur? Qızımın dediyi kimi: sürpriz!!! Kərpic közərərək özündən işıq saçmağa başlayır. Yəni görünən işıq buraxır. Amma kərpici götürüb sobadan kənara qoysanız, gedərək istiliyi azalır, işığı sönür. Bir müddət istiliyini qoruyaraq hələ bizim gözümüzün görmədiyi infraqırmızı dalğalar buraxır. Axırda daha da soyuyaraq özündən mikrodalğa və radio dalğaları buraxmağa davam edir.
Biz insanların da bədən istiliyi canlı ikən təqribən 36 dərəcə Selsi ətrafında olur. Bütün istiqanlı canlılar özlərindən insan gözü görməyən infraqırmızı dalğalar buraxır. Biz insanlar infraqırmızı dalğaları görməsək də, istiliyini hiss edə bilirik. Amma ilanlar infraqırmızı dalğaları görə bilirlər. Ona görə də ilan qaranlıqda belə bir siçanı tapıb sərrast sıçrayışla onu tuta bilir.
Rəşid müəllimin bədənindən çıxan dalğalar mənə ziyandır mı?
[caption id="attachment_21182" align="alignnone" width="800"] İnsan bədəni özü də elektromaqnetik dalğa mənbəyidir[/caption]
Elm Rəşid müəllimin bədənindən çıxan infraqırmızı dalğaların enerjisinin Wi-fi, Bluetooth və mobil telefonlardakı GSM dalğalarından daha güclü olduğunu, daha çox enerji daşıdığını deyir. Əgər Rəşid müəllimin bədənindən şüalanan infraqırmızı dalğa mənə, yəni Vasif İsmayıla zərərli deyilsə, ondan daha zəif Wi-fi, Bluetooth və GSM dalğaları niyə ziyan olmalıdır ki?!
Elm Wi-fi, Bluetooth, GSM və digər radio dalğalarının insana zərərini tapmamışdır.
Amma qonşunuz Fatmanisə xala tapmış ola bilər.
Siz, kimə inanacağınıza özünüz qərar verin.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun