Bayram və istirahət günlərində təcili yardıma müraciətlərin sayı artıb

Bayram və istirahət günlərində təcili yardıma müraciətlərin sayı artıb
5 Yanvar 2017
Mətni dəyiş
Dünya Azərbaycanlıların Həmrəyliyi Günü, Yeni il bayramı və istirahət günlərində (31 dekabr - 5 yanvar ) təcili yardıma daxil olan müraciətlərin sayı artıb.
Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə bildirib ki, bu da bayram və istirahət günlərində poliklinikaların işləməməsi ilə bağlıdır.
Onun sözlərinə görə, adi günlərdə təcili yardıma gün ərzində 2000-ə yaxın müraciət daxil olurdusa, bayram günlərində onların sayı 2800-dən çox olub: “Bu günlərdə heç bir fövqəladə hal qeydə alınmayıb. Müraciətlər əsasən, soyuqdəymə, qızdırma və təcili yardıma aid digər hallarla bağlı olub. Ümumilikdə isə təcili yardım briqadaları bayram və istirahət gücləndirilmiş iş rejimində və növbətçilik əsasında fəaliyyət göstərib”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun