Banklar noyabrda 134 milyon dollar itirib

Banklar noyabrda 134 milyon dollar itirib
24 Yanvar 2017
Mətni dəyiş
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2016-cı il dekabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7.3 faiz artaraq 7 milyard 605.8 milyon manat olub.
AzadlıqRadiosunun məlumatına görə, əmanətlərin 81.2 faizi xarici, 18.8 faizi isə milli valyutada qoyulub. Əmanətlərin 76.2 faizini əhali özəl banklarda yerləşdirib.
Əhalinin əmanətləri
2016-cı il dekabrın 1-nə, milyon manat Əvvəlki ilin eyni dövrünə nisbətən, faizlə
Əhalinin əmanətləri - cəmi 7605.8 107.3
o cümlədən: milli valyutada 1430.5 85.7
Xarici valyutada 6175.3 113.9
SƏBƏB BANK SEKTORUNA ETİMADIN AZALMASIDIR
İlkin baxışdan, əmanətlərin manatla da olsa, artdığı görsənir. Ancaq belə deyil. Bank məsələləri eksperti Əkrəm Həsənov da deyir ki, əslində, əmanətlərdə azalma var: "Məlumdur ki, əmanətlərin mütləq əksəriyyəti dollardadır və noyabr ayı ərzində dolların təkcə rəsmi məzənnəsi - faktiki məzənnəni heç demirəm – 1.6381 manatdan 1.7318 manata qalxıb. Bu isə o deməkdir ki, əgər noyabrın əvvəlində banklarda 4 milyard 525 milyon dollar əmanət var idisə, ayın sonunda cəmi 4 milyard 391 milyon dollar qalıb. Yəni, noyabr ayı ərzində banklar 134 milyon dollar əmanət itirib".
Ekspert əlavə edib ki, əmanətlərin azalmasının əsas səbəbi bank sisteminə etimadın sarsılmasıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun