Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alanlar var

Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alanlar var
12 Yanvar 2017
Mətni dəyiş
Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alanlar var. Hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü Təbriz Hüseynov idarə etdiyi 20 saylı "Daewoo" markalı avtobusla idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb.
Report-un məlumatına görə, hadisə nəticəsində avtobusda olan sərnişinlər - 1994-cü il təvəllüdlü Qənirə Məmmədzadə, 1991-ci il təvəllüdlü Aişə Rəsulova və 1951-ci il təvəllüdlü Xuraman Cabbarova xəsarət alaraq təcili yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun