AZAL-ın bələdçiləri Londonda saxlanılıb

AZAL-ın bələdçiləri Londonda saxlanılıb
25 Yanvar 2017
Mətni dəyiş
Yanvarın 24-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC aviaşirkətinin Bakı-London aviareysi yerinə yetirilən zaman insident yaşanıb.
AZAL-ın mətbuat xidmətindən verilən xəbərə görə, sərnişinlərdən biri həddindən artıq spirtli içki qəbul edib. O, əlavə spirtli içki verilməsini tələb edib. Mətbuat xidməti qeyd edir ki, bələdçilər də bu tələbi mümkün saymayıblar. Sərnişin də buna narazılığını bildirib.
Xəbərə görə, aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin sərnişinə ləyaqətsiz davranmaları ilə bağlı şikayət daxil olub.
Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı araşdırma məqsədilə Londonda saxlanılıb.
APA xəbər verir ki, elə bu səbəbdən də London-Bakı aviareysində gecikmə yaranıb. Xəbərdə qeyd edilir ki, aviareys Bakı vaxtı ilə saat 07:35-də yerinə yetirilməli idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun