Azərbaycan bu gündən tam "üzən məzənnə"yə keçir

Azərbaycan bu gündən tam "üzən məzənnə"yə keçir
12 Yanvar 2017
Mətni dəyiş
Azərbaycan Mərkəzi Bankı (AMB) artıq bu gün keçirəcəyi valyuta hərracında yeni satış qaydalarını tətbiq edəcək.
Bugünkü hərracda wmumilikdə satışa 75 mln. ABŞ dolları həcmində valyuta kütləsi çıxarılacaq. Satış isə "ən yaxşı məzənnə təklifi verən bank" prinsipi əsasında aparılaraq sifarişlərin tədricən (azalan xətt üzrə) reallaşdırılması nəzərdə tutulur.
Həmçinin, yeni qaydalara əsasən, bundan sonra AMB hərraca çıxarılan valyutanın həcmini öncədən bəyan edəcək. Gələn həftədən isə hərracların I, III və V günləri keçirilməsi qərara alınıb.
Bununla yanaşı bildirilir ki, kommersiya bankları üçün bugündən etibarən alış-satış məzənnəsinin müəyyənləşdirilməsi zamanı 4%-lik marja ləğv edilir.
Qeyd edək ki, ABŞ dollarının bu günə olan rəsmi məzənnəsi 1,7742 AZN/USD təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun