Akbar Salehi: "Trump sövdələşməyə əməl etməzsə, İran öz nüvə fəaliyyətini bərpa edəcək"

Akbar Salehi: "Trump sövdələşməyə əməl etməzsə, İran öz nüvə fəaliyyətini bərpa edəcək"
23 Yanvar 2017
Mətni dəyiş
İranın atom energetikası naziri Ali Akbar Salehi bildirib ki, əgər ABŞ prezidenti Donald Trump "nüvə sövdələşməsi"nə əməl etməzsə, İran öz nüvə fəaliyyətini bərpa edəcək.
"Report"a istinadən xəbər verir ki, bu barədə İranın CBC telekanalına istinadən IRNA məlumat yayıb
"Trump-ın birgə əhatəli fəaliyyət planına əməl etməyəcəyi təqdirdə, biz öz nüvə fəaliyyətimizi çox sürətlə bərpa etməyə hazırıq", - deyə o telekanala müsahibəsində bildirib.
Biz öz nüvə proqramımızı bərpa etməyə hazırıq və bunu bacararıq. Biz nəinki əvvəlki vəziyyətə qayıda bilərik, hətta əvvəlkindən də böyük nüvə fəaliyyətinə başlamaq iqtidarındayıq", - deyə Salehi qeyd edib.
Nazir söhbət əsnasında Trump-ın andiçmə mərasimində çıxış edərkən İran mövzusuna toxunmamasını müsbət qiymətləndirib.
Salehi, həmçinin ABŞ-ın ölkəni Çin və ya İran tərəfindən gələ biləcək ballistik raket zərbələrindən qorumaq üçün öz RƏM sistemini inkişaf etdirmək niyyətini mənasız adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun