ABŞ Yəməndə Əl-Qaidə bazasına hücum edib

ABŞ Yəməndə Əl-Qaidə bazasına hücum edib
30 Yanvar 2017
Mətni dəyiş
ABŞ Yəməndə əl-Qaidə qrupunun istinadgahı sayılan əyalətə genişmiqyaslı reyd həyata keçirib, 14 yaraqlı həlak olub, hərbiyyə deyir.
Reyd zamanı bir ABŞ əsgəri ölüb, üç nəfər yaralanıb.
Məlumata görə, bir neçə Apache vertolyotları əl-Baida əyalətindəki əməliyyatda iştirak edib.
Yakla rayonundakı kənddə, 45 dəqiqə davam edən döyüşdə üç əl-Qaidə lideri öldürülənlər arasında olub.
Daha əvvəlki məlumatlarda ölənlərin sayının çox olduğu bildirilib.
Yəməndə ABŞ-ın pilotsuz təyyarələri əl-Qaidəyə vaxtaşırı hücumlar həyata keçirib.
Yerli mənbələr bildirib ki, 41 qiyamçı və 16 mülki şəxs həlak olub.
Əyalət rəsmisi vertolyotların xəstəxana, məktəb və məscidi hədəflədiyini bildirib.
Pilotsuz təyyarələrdən də istifadə edildiyi gecə əməliyyatında tanınmış əl-Qaidə lideri Əbdül Rauf əl-Dhahab da öldürülənlər arasındadır.
Əl-Qaidə Yəməndəki münaqişənin doğurduğu xaosdan istifadə edərək cənub və cənub-şərqdə öz fəaliyyətini möhkəmləndirib.
Ötən iki il ərzində ölkə Səudiyyənin başçılıq etdiyi koalisiyanın dəstəklədiyi hakimiyyət və şiə huti üsyançılar arasında münaqişə yerinə çevrilib.
İran qiyamçıları dəstəkləməsi barədə ittihamları rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun