ABŞ-da aktiv neft quyularının sayı kəskin artıb

ABŞ-da aktiv neft quyularının sayı kəskin artıb
23 Yanvar 2017
Mətni dəyiş
ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı yanvarın 14-dən 20-dək 35 ədəd və ya 5,3% artaraq 694-ə çatıb.
"Report" xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 29 ədəd və yaxud 5,6% artaraq 551 ədəd, qaz quyularının sayı 6 ədəd və yaxud 4,4% artaraq 142 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 41 ədəd və yaxud 8%, qaz quyularının sayı isə 15 ədəd və yaxud 11,8%, ümumilikdə isə neft-qaz quyularının sayı 57 ədəd və yaxud 8,9% artıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən ilin mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 74,4% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 65,8% aşağıdır.
"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay müddətində neft qiymətlərinin 50-60 dollar/barel diapazonunda hərəkət etməsi gözlənilir. Belə olduğu təqdirdə, ABŞ-da aktiv neft quyularının sayında artım davam edəcək. Bu da öz növbəsində hasilatın artmasına gətirib çıxaracaq. Qeyd edək ki, ötən həftə ABŞ-da aktiv neft-qaz quyularının sayında azalma qeydə alınıb və bunun texniki səbəblərdən baş verdiyi ehtimal edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun