2018-ci il dünya çempionatının püşkatma mərasimi Kremldə keçiriləcək

2018-ci il dünya çempionatının püşkatma mərasimi Kremldə keçiriləcək
23 Yanvar 2017
Mətni dəyiş
Futbol üzrə 2018-ci il dünya çempionatının final mərhələsinin püşkatma mərasimi Rusiyanın paytaxtı Moskvadakı Kreml Qurultaylar Sarayında keçiriləcək. 
"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Baş nazir Dmitri Medvedevin keçirdiyi iclasda Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko açıqlama verib.
O, püşkatma mərasiminin bu il dekabrın 1-də baş tutacağını deyib: "FİFA-ya püşkatmanın Kremldə keçirilməsini təklif etdik. Bütün bunlar FİFA-nı qane edir. İndi isə püşkatma mərasiminə hazırlaşırıq".
Qeyd edək ki, DÇ-2018 Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək. Hazırda çempionatın ayrı-ayrı qitələr üzrə seçmə mərhələsi keçirilir. Avropa zonasında seçmə mərhələdə C qrupunda yer alan Azərbaycan millisi 4 oyundan sonra 7 xalla 3-cü pillədə qərarlaşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun