Türkmənistan İrana qaz tədarükünü borca görə məhdudlaşdırıb

Türkmənistan İrana qaz tədarükünü borca görə məhdudlaşdırıb
4 Yanvar 2017
Mətni dəyiş
Türkmənistan İran Milli Qaz Şirkətinin borcuna görə bu ölkəyə qaz tədarükünü məhdudlaşdırıb.
Bu barədə Türkmənistan XİN-in məlumatında bildirilir.
"İran Milli Qaz Şirkəti 2013-cü ildən başlayaraq tədarük olunan türkmən qazına görə yaranmış borcun ödənilməsi istiqamətində lazımi səylər göstərmir... 2016-cı il ərzində İran tərəfi qaz tədarükü sahəsində əlverişsiz vəziyyətin yaranması və qaz tədarükünün dayandırıla biləcəyi  barədə rəsmi qaydada dəfələrlə məlumatlandırılıb”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Türkmənistan İrana qaz tədarükünü 2017-ci ilin yanvarın 1-dən məhdudlaşdırıb.
Türkmənistan XİN-i İrana qaz tədarükünün məhdudlaşdırılması məsələsini siyasiləşdirməməyə çağırıb.
Qeyd edək ki, Türkmənistan 1997-ci ildən İrana qaz tədarük edib. Xatırladaq ki, qaz ehtiyatlarına görə Türkmənistan Rusiya, İran və Qətərdən sonra dünyada dördüncü yerdədir. Türkmənistan qazını Çin və İrana tədarük edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun