Z.Qaralova açıq məktub: "Saysız işgəncələrdən sonra bir qəpiyə dəyməyən əmriniz kimə lazımdır?"

Z.Qaralova açıq məktub: "Saysız işgəncələrdən sonra bir qəpiyə dəyməyən əmriniz kimə lazımdır?"
25 Dekabr 2016
Mətni dəyiş
 
Sabiq baş prokurorun birinci müavini, istiqlalçı millət vəkili Mətləb Mütəllimli baş prokuror Zakir Qaralova açıq məktub yazıb. 
Məktubda Baş Prokururluğun fəaliyyəti tənqid olunur, dövlət qurumu ilə bağlı bir çox suallar verilib. Sabiq baş prokurur əvəzi siyasi məhbuslardan, işgəncələrdən tutmuş, keçmiş milli təhlükəsizlik, rabitə nazirləri ilə bağlı məsələlərə toxunub.
M.Mütəllimli deyib ki, ola bilsin bu məktub çoxdan, bir neçə il bundan əvvəl yazmaq lazım idi, buna baxmayaraq müraciət etməyi yenə də vacib hesab edib.
"Ondan başlayaq ki, respublika prokurorluğuna rəhbərlik etdiyiniz, az qala, 16 il müddətində bu təşkilatı daha da inkişaf etdirmək, addımbaşı hüquqları pozulan vətəndaşların ümid yerinə çevirmək, insan hüquq və azadlıqlarını qorumaq, günahsız insanların həbsinin qarşısını qətiyyətlə almaq əvəzinə, siz oranı siyasi sifariş icra edən quruma çevirmisiniz".
Buna da baxın: Siyasi məhbusların yenilənmiş siyahısı açıqlanıb [144 nəfər]
Keçmiş prokurur bildirib ki, prokurorluq haqqında Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən, prokurorluğun fəaliyyətinin əsas və vacib prinsiplərindən biri - vətəndaşların hüquq və azadlıqlarına hörmət edilməsidir. Lakin, real həyatda - istintaqda və məhkəmələrdə bunun tam əksini görülür. (Ardı aşağıda)
[caption id="attachment_19063" align="aligncenter" width="800"] Mətləb Mütəllimli[/caption]
O, vurğulayıb ki, mövcud hakimiyyətin qanuna zidd siyasətini qəbul etməyən, rüşvətə, korrupsiyaya bulaşmış yüksək rütbəli şəxslərin cinayətlərinə susmayan ləyaqətli insanlar məhz prokurorluğun əli ilə saxta ittihamlarla tutulur, mühakimə edilir, zindanlara atılır. Fəaliyyətlərində müstəqil olan insanların müxtəlif vasitələrlə addımbaşı təqib edilməsi, təhqir edilməsi, işgəncələrə məruz qalması, onlardan “xalq düşməni” qayırılması cəmiyyətdə adi hala çevrilib:
"Heç uzağa getməyə ehtiyac yoxdur: siyasi baxışlarına görə 100-dən artıq insanın şərlənərək həbs edilməsinə, işgəncələrə məruz qalmasına, azadlıqdan məhrum edilməsinə sizin rəhbərlik etdiyiniz prokurorluq, eləcə də, məhkəmələr birbaşa məsuliyyət daşıyır".
Buna da baxın: İctimai-siyasi fəaliyyətə, fikirlərə görə təqib olunduqda nə etmək lazımdır?
M.Mütəllimli bildirib ki, vaxt gələcək keçmiş müstəntiq Rüfət Səfərovun düşmən elan edilməsinə, qondarma, uydurma ittihamlarla şərlənərək 9 il müddətinə həbs edilməsinə görə şəxsən baş prokuror cavab verməli olacaq.
"Həqiqətən də, kiçik bir ölkədə bu qədər insanların hüquqlarının kütləvi formada pozulması, onların günahsiz yerə cəzalandırılması, düşmən elan edilməsi çoxlarında belə bir təəssürat yaradır ki, ölkəmizdə xalq düşmənləri xalqdan çoxdur", - deyə sabiq millət vəkili qeyd edib.
14 fevral 2013-cü il tarixli əmrinizə əsasən, işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalma hallarının qarşısının alınmasına, onların vaxtında təhqiq edilib, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsinə xüsusi fikir verilməsi prokurorluq qarşısında əsas vəzifə olaraq qoyulmuşdur. Əmrin 8-ci bəndində məhkəmələrdə dövlət ittihamını müdafiə edən prokurorlardan qanunsuz yollarla əldə edilmiş sübutların ittihamın əsas hissəsi kimi irəli sürülməsinə yol verilməməsi tələb edilmişdir.
Keçmiş baş prokurur əvəzi sual verir ki, əgər bu həqiqətən belədirsə, H.Əliyevin heykəlinin üstünə “Qul bayramınız mübarək” yazmış və 10 il iş almış Bayram Məmədovun Bakı polisində şil-küt edilməsinə görə qanunların icrasına nəzarət etməyə borclu olan prokurorluq yox, bəs kim cavab verməlidir?
"Bayram Məmmədovun müraciətini oxuyun və bir daha şahid olun ki, vətəndaşların təhlükəsizliyini təmin etməyə borclu olan polis bu ilin may ayında günahsız gəncə qarşı hansı qeyri-insani rəftara yol verib".
Buna da baxın: "İşgəncə verilməsi ilə bağlı şikayətlər araşdırılmır"
"Bu yerdə tam haqlı olaraq sizdən soruşmaq yerinə düşür ki, istintaqda saysız hesabsız belə işgəncələrdən sonra sizin bir qara qəpiyə dəyməyən işgəncələrə qarşı “mübarizə” əmriniz kimə lazımdır? Uzun illər polis bölmələrində döyülən, söyülən, eləcə də işgəncələrə məruz qalan, şərlənərək həbs edilib cəzaçəkmə yerlərinə göndərilən, nəhayət, öldürülən insanlara görə bir gün cavab verməli olacağınızı düşünürsünüzmü?" - deyə istiqlalçı deputat suallar verir.
Mətləb Mütəllimli həmçinin keçmiş nazirlər Eldar Mahmudov və Əli Abbasovla bağlı məsələlərə toxunur. O deyir ki, "MTN və Rabitə" işi ilə bağlı uzun müddət fəaliyyət göstərmiş mütəşəkkil cinayətkar dəstələrin təşkilatçıları yox, icraçıları həbs edilib:
"Başqa sözlə, sizin bir ildən artıq davam edən bu istintaqınızdan belə nəticə çıxır ki, Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudov yox, Akif Çovdarov, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin rəhbəri isə Əli Abbasov yox, aparat rəhəri Vidadi Zeynalov olub".
Bəs sizin məsuliyyətiniz?
Sabiq baş prokuror əvəzi MTN-nin fəaliyyəti ilə bağlı bir neçə məqama toxunur və bildirir ki, Eldar Mahmudov və dəstəsi cinayətləri prokurorluğun aidiyyatı qurumlarının səhlənkarlığı, tam nəzarətsizliyi ucbatından 10 il davam etdirib. O, baş prokurordan soruşur ki, dövlıət qurumunun vəzifəli şəxsləri niyə vəzifə borclarını layiqincə yerinə yetirməyib və keçmiş MTN-nin qanunsuz fəaliyyətini vaxtında aşkar etməyib?
"Bəs, siz neynəmisiniz? E.Mahmudovun və onun dəstəsinin ifşa edilməsindən cəmi… 17 gün əvvəl bu sahəyə nəzarət etməyə borclu olan insanları təltif etmisiniz. Sizin təqdimatınız əsasında prezidentin 30 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Elşən Akif oğlu Abbasova 3-cü dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbə vermisiniz. Əlavə şərhə ehtiyac varmı?", - deyə Mütəllimli vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun