Vyanada neft hasilatının azaldılması ilə bağlı razılıq əldə olunub

Vyanada neft hasilatının azaldılması ilə bağlı razılıq əldə olunub
10 Dekabr 2016
Mətni dəyiş
Neft ölkələrinin bu gün Vyanada keçirilən sammitində OPEC-ə üzv olmayan dövlətlərlə hasilatı gündəlik 600 min barrel həcmində azaltmaqla bağlı razılıq əldə olunub.
"RİA Novosti" agentliyinə istinadən verilən xəbərə görə, əvvəl yalnız istehsalın hazırki səviyyəsini dondurmağa hazır olduğunu bəyan edən Qazaxıstan da neft hasilatını azaltmağa razılıq verib.
Qeyd edək ki, noyabrın 30-da OPEC üzvü olan ölkələrin Vyana sammitində neft bazarında qiymətlərin sabitləşməsi məqsədilə hasilatın gələn ilin yanvarından 1,2 milyon barrel azaldaraq, 32,5 milyon barrel səviyyəsinə çatdırmaqla əlaqədar razılıq əldə olunmuşdu. Saziş kartelə daxil olmayan ölkələrin isə gündəlik hasilatı 600 min barrel azaltmalarını nəzərdə tutur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun