Türkiyədə qətlə yetirilən rus səfiri və bunun mümkün nəticələri

Türkiyədə qətlə yetirilən rus səfiri və bunun mümkün nəticələri
20 Dekabr 2016
Mətni dəyiş
Bazar ertəsi günü axşam, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisə, Ankaradakı Müasir incəsənət qalereyasının açılışında baş verib.
Rusiyalı diplomat, fotosərginin açılışındakı çıxışı zamanı, tapançadan açılan güllələrlə qətlə yetirilib.
Türk və rus rəsmiləri bəyan edir ki, Andrey Karlovun ölümü, rus-türk münasibətlərini pozmaq üçün təşkil edilmiş provokasiyadır.
Bu qəddar qətl, bir sıra suallar doğurur. Sualların bəzilərinə cavab verməyə çalışdıq.
Qətl və onun motivləri haqqında nə bilirik?
Türkiyə DİN-in başçısı Süleyman Soylunun türk qəzeti Hurriyet Daily News verdiyi məlumata əsasən, rus səfiri Karlova, 22 yaşlı türk polisi Mevlüt Mert Altıntaş atəş açıb.
Türk güc strukturları mənbəyinə əsasən, Reuters xəbər agentliyi də bunu təsdiq edib.
[caption id="attachment_18350" align="alignnone" width="800"] Mevlüt Mert Altıntaşın Ankarada xüsusi qüvvələrdə iki il yarım xidmət etdiyi bildirilib[/caption]
Hücumçu polislər tərəfindən öldürüldüyü üçün, qətlin motivləri sonacan aydınlaşmayıb. Lakin, şahidlərə əsasən hücum zamanı o qışqırırmış: "Hələbi unutmayın, Suriyanı unutmayın!" Həmçinin, ərəbcə "Allahu Əkbər!" ("Allah Böyükdür") deyə qışqırırmış.
Mevlut Mert Altıntaşın 24 iyun 1994-cü ildə, cənub-qərb əyaləti Aydında doğulduğu deyilir.
O, İzmirdə polis akademiyasını bitirib. Bu gənc, Ankarada xüsusi qüvvələrdə iki il yarım xidmət edib.
NTV türk kanalına əsasən, o, səfirin çıxışı zamanı, Müasir incəsənət qalereyasının mühafizəsinə daxil imiş. Başqa mənbələrdə isə onun, sərgiyə qonaq qismində qatıldığı göstərilir.
Altıntaşın anası, bacısı və atası, güc strukturları tərəfindən saxlanılıb və valideynlərinin evində axtarış aparılıb.
Bu cinayət, Suriyadakı vəziyyətə təsir edə bilərmi?
London Kings Kollecinin təhlükəsizlik üzrə eksperti, Domitilla Sagramoso düşünür ki, hadisə, Suriyadakı vəziyyətə, Ankara və Moskva münasibətlərindən daha çox təsir göstərə bilər.
"Baş verən hadisə, münasibətlərə xələl gətirməyəcək, çünki Türkiyə tərəfi rus səfirinin təhlükəsizliyini gücləndirəcəyi barədə dərhal məlumat yayıb," o, France-press agentliyinə söyləyib.
Sagromosso, qətlin Hələbdəki rus bombardmanına reaksiya olduğunu və Moskvanın cavabı Suriyada verəcəyini zənn edir.
[caption id="attachment_18349" align="alignnone" width="1024"] Prezident Vladimir Putin, Rusiya səfirinin qətli ilə bağlı təcili iclas keçirib[/caption]
"Düşünürəm ki, onlar həmişəki kimi reaksiya göstərəcəklər, yəni, güclərini ikiqat artıracaqlar və hərbi müdaxilə ikiqat artacaq. Suriya üçün bunu təsiri daha çox ola bilər," ekspert bildirib.
Britaniya beynəlxalq münasibətlər üzrə Kral institutunun Rusiya və Avrasiya proqramının rəhbəri James Nixey də, rus cavabının Türkiyədə yox, Suriyada görünəcəyi ilə razılaşıb.
"İnsident, Hələbin planlı təxliyəsinə təsir edə bilər. Rusiya bunun üçün güzəştə getməyə hazır idi. İndi isə, çox güman ki, sual üzərində mövqe daha sərt olacaq. Rusiyalı hərbçilər isə, qisas almaq istəyəcəklər," o deyib.
Qətl Türkiyə və Rusiya münasibətlərinə, necə təsir göstərəcək?
James Nixey düşünür ki, rus hakimiyyəti bu tragik hadisədən, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-dan Suriyadakı siyasətinə dəstəyini almaq üçün istifadə edəcək.
Monten Paris institutun eksperti Dominique Moïsi fikirləşir ki, qətlin qarşılıqlı münasibətlərə təsir etməməsi üçün tərəflər, əllərindən gələni edəcəklər.
"Bu iki ölkə yaxın münasibət qurmağa qərar veriblər. Türkiyə Bəşər Əsədin Suriyada hakimiyyətdə qalacağı və orada Rusiyanın təsiri olacağı ilə razılaşıb. Düşünmürəm ki, ciddi nəticələr gözləməyə dəyər, lakin hadisə göstərir ki, Hələbdə yaşananlar müsəlman əhalisinin müəyyən hissəsi üçün yolverilməzdir," Dominique Moïsi deyib.
"Əsəd qalib gəldi. Rusiya qalib gəldi, lakin problem hələ həllə varmayıb. Hələbdə can itkisi uzun müddət beynəlxalq münasibətlərdə əsas məsəllə olaraq qalacaq," fransalı ekspert bildirib.
Moskva ilə Ankaranın cinayətin istintaqını birgə aparması ilə bağlı, Erdoğanın rus-türk komissiyasının yaradılması planı açıqlanıb.
Rus və ya sovet səfirlərinin öldürülməsi faktı olubmu və olubsa sonra nə baş verib?
Rus və sovet səfirlərinin üç qətli hadisəsi bilinir.
1829-cu il 11 fevralda islam fanatiklərindən ibarət dəstə, Tehrandakı rus səfirliyinə hücum edir. Rusiyanın İrandakı səfiri və yazıçı olan Aleksandr Qriboyedov qətlə yetirilir. Hücum nəticəsində daha 37 nəfər dünyasını dəyişir.
1923-cü ilin 10 mayında Lozanna - İsveçrədə Yaxın Şərq ilə bağlı suallar üzrə konfransa iştirak edən Sovetlərin İtaliyadakı səfiri, keçmiş ağqvardiyaçı Moris Konradi tərəfindən qətlə yetirilir.
Cinayət, sovet deleqasiyasının qaldığı "Cecil" otel-restoranında baş verib. Bu qətlin prosesi, 1923-cü il 5 noyabrda Lozannada başlayır və on gün davam edir. İttiham olunan Moris Konradi və Arkadi Polunin bəraət qazanır. Sovet Rusiyası ilə İsveçrə arasındakı münasibətlər isə korlanır.
1927-ci ilin 7 iyununda SSRİ-nin Polşadakı səfiri Pyotr Voykov, Varşava vağzalındakı hücum nəticəsində Polşa vətəndaşı Boris Koverda tərəfindən qətlə yetirilir. Polşa məhkəməsi Koverdayə ömürlük həbs cəzası versə də, o, 1937-ci il 15 iyunda amnistiyaya düşür və həbsdən azad edilir.
Rus səfirlərinə qarşı edilmiş digər hücumlar ölümlə nəticələnməyib.
20 avqust 2006-cı ildə Rusiya Federasiyasının Keniyadakı səfiri Valeriy Yeqoşkin, silahlı banditlər tərəfindən bıçaq yarası alır.
2011-ci ilin 29 noyabrında Qətərdəki Rusiya diplomatik missiyasının rəhbəri Vladimir Titorenko, Doha aeroportunun təhlükəsizlik və gömrük işçiləri tərəfindən döyülür.
Türkiyə sosial şəbəkəsində rus səfirinin qətlinə necə münasibət göstərilib?
BBC-nin türk xidmətinin əməkdaşı Enis Senerdem-in sözlərinə əsasən, istifadəçilərin fikri həmişəki kimi fərqli olub.
Müxalif fikirli əhali, baş vermiş insidentdə hakimiyyəti günahlandırır. Onların sözlərinə görə, Türkiyə öz günahı ucbatından müttəfiqini itirə bilər. Belə ki, Suriya konfliktinin başladığı anda cihadçı qruplaşmalar dəstək gördüklərindən, indi onlar ölkədə sərbəst hərəkət edirlər. Bəşər Əsədi devirmək cəhdi boşa çıxdı.
Hakimiyyət tərəfdarları konspirasiya nəzəriyyəsinə əsaslanır və bildirirlər ki, bu, Qərbin əli olmadan baş verə bilməzdi. Onlar düşünür ki, Qərb ölkələri, Rusiya və Türkiyə münasibətlərinin və Suriyadakı problemin yaxşılaşmasını istəmir. Ola bilsin ki, hücum münasibətlərin pozulması cəhdidir.
Digərləri düşünür ki, hücum ABŞ-da məskunlaşan ruhani Fetullah Gülen ilə bağlıdır.
Türkiyə əhalisinin Rusiya və rusiyalılara qarşı münasibəti, hadisələrdən necə təsir alacaq?
BBC-nin türk xidmətinin əməkdaşı Enis Senerdemin bildirdiyi kimi, cinayətdən dərhal sonra, sosial şəbəkələrdə bir çoxu hadisənin müharibəyə, xüsusilə də üçüncü dünya müharibəsinə yol açacağını paylaşıb.
Lakin, bir az keçmədən münasibət dəyişib və insanlar arasında Rusiya ilə Türkiyə arasındakı münasibətlərin pozulmayacağı təsdiqi və ya ümidi baş qaldırıb.
Rusiya və rusiyalılara qarşı münasibətə gəldikdə isə, mühafizəkarlar belə, daha təmkinli davranır və Rusiyanın Suriya rejiminə dəstəyi ilə əlaqədar tənqidlərini azaldıblar. Mövzu barəsində narazılıq mövcud olsa da, bir o qədər müzakirə olunmur.
Rusiya ilə Türkiyə münasibətlərinin soyumasına rəğmən, istirahət rayonlarında rusiyalılara qarşı münasibət olduğu kimi yaxşı qalır.
Rusiyalı turistləri pul xərcləyərək yerli bizneslərə dəstək olduqlarına görə, çox yaxşı qarşılayırlar.
Bunun, Rusiyanın Hələbdəki addımlarına qarşı qisas aktı olduğu fikri də mövcuddur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun