Tarif Şurası daha bir kommunal xidmətin qiymətini artırıb

Tarif Şurası daha bir kommunal xidmətin qiymətini artırıb
10 Dekabr 2016
Mətni dəyiş
Noyabrın 28-də verilən qərar, Şuranın saytına həmin gün yerləşdirilməyib.
Azərbaycan Respurblikasının Tarif Şurası “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 6 nömrəli Qərarında dəyişikliklər edib.
Dəyişikliklərə görə, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti üzrə 1 kub metr su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat təsdiq edilib. Daha öncə bu qiymətlər müvafiq olaraq 35 və 30 qəpik idi, yəni qiymət 1 kubmetr su təchizatına görə 15 qəpik artırılıb.
Qeyd edək ki, qərarın noyabrın 28-də verilməsinə rəğmən, Şuranın saytında həmin gün bu barədə məlumat yerləşdirilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun