"Sonuncu" filmi növbəti mükafatını qazanıb

"Sonuncu" filmi növbəti mükafatını qazanıb
23 Dekabr 2016
Mətni dəyiş
“Sonuncu” Azərbaycan filmi Beynəlxalq Livan qısa filmlər festivalında uğur qazanıb.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, filmdə oynayan aktyor İdris Rüstəmov ən yaxşı aktyor işinə görə mükafat alıb. Livanın 3 şəhərində - Nabatiyyə, Tripoli və Sur şəhərlərində keçirilən festivala 25 ölkədən 61 film təqdim edilib. Münsiflər heyətinin tərkibi fransalı, ispaniyalı və livanlı mütəxəssislərdən ibarət olub.
Festivala İtaliya, İsveçrə, Misir, İraq, İran, Səudiyyə Ərəbistanı, Suriya, ABŞ, İspaniya, Almaniya, İsveç, Gürcüstan, İordaniya, Hindistan, Livan, Hindistan və başqa ölkələrdən filmlər təqdim edilib. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Buta films” şirkətinin birgə istehsalı olan “Sonuncu” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Ekran əsərinin quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Aleksey Aygi, prodüserləri Nəsib Piriyev, Maria İvanova və Müşfiq Hətəmovdur. Filmdə rolları İdris Rüstəmov və Corc Qafarov canlandırıblar.
Filmin çəkilişi Şabranın Sura kəndində aparılıb.
“Sonuncu” filmi bir çox kinofestivallara qatılıb.
Film 67-ci Kann festivalında göstərilib.
2014-cü ildə XV İzmir Beynəlxalq Qısa Film Festivalının qalibi olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun