Sabiq müstəntiqin apellyasiya şikayəti təmin olunmayıb

Sabiq müstəntiqin apellyasiya şikayəti təmin olunmayıb
22 Dekabr 2016
Mətni dəyiş
Şirvan Apellyasiya Məhkəməsində sabiq müstəntiq Rüfət Səfərovun barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Vəkil Bəhruz Bayramovun verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, Rüfət Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib. Bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
Sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən apellyasiya şikayəti verilib.
Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun