Rusiyanın İrkutsk vilayətində spirt tərkibli mayedən ölənlərin sayı 63 nəfərə çatıb

Rusiyanın İrkutsk vilayətində spirt tərkibli mayedən ölənlərin sayı 63 nəfərə çatıb
22 Dekabr 2016
Mətni dəyiş
Rusiyanın İrkutsk vilayətində spirt tərkibli mayedən ölənlərin sayı 63 nəfərə çatıb.
"RİA Novosti"yə istinadən verilən xəbərə görə, zəhərlənmiş daha bir nəfər dünyasını dəyişib.
Vilayətin Səhiyyə Nazirliyinin nümayəndəsi Tatyana Şkurskaya agentliyə bildirib ki, zəhələnənlərin sayı 109 nəfərdir: "Son məlumatlara görə, zəhərlənmədən ölənlərin sayı 63 nəfərdir. Zərər çəkənləriun ümumi sayı 109 nəfərdir".
Qeyd edək ki, kütləvi zəhərlənmə üzrə cinayət işi çərçivəsində 12 nəfər həbs olunub. Daha 100 nəfər isə şahid qismində dindirilib.
Xatırladaq ki, dekabrın 17-də İrkutskda və eyniadlı vilayətdə spirt tərkibli mayedən ("Boyarışnik") kütləvi zəhərlənmələr qeydə alınıb. Yerli Səhiyyə Nazirliyi zəhərlənmələrə səbəb kimi vanna qəbulunda istifadə olunan mayenin etiketində etil spirti göstərilməsinə baxmayaraq, onun tərkibində metanol olmasını göstərib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun