Rusiya SSRİ-nin Yuqoslaviyaya borcunu ödəyəcək

Rusiya SSRİ-nin Yuqoslaviyaya borcunu ödəyəcək
22 Dekabr 2016
Mətni dəyiş
Rusiya hökuməti SSRİ-nin Yuqoslaviya qarşısındakı 125 mln dollar məbləğindəki borcunun ödənilməsi ilə bağlı razılığa gəlib.
Sənədin mətnində SSRİ-nin Yuqoslaviya qarşısındakı borcunun 200 mln krilinq dollar (krilinq valyutası, krilinq müqaviləsi bağlamış ölkələr arasındakı əməliyyatların hesab vahididir) olduğu bildirilir. Hesablaşmalarla bağlı müqavilə Moskva və Belqrad arasında keçən əsrin 70-ci illərində bağlanıb. Razılığa əsasən bir krilinq dollar 0,625 dollara bərabərdir.
Moskva məbləğin 58%-ni Bosnya və Hersoqovinaya, 29%-ni Serbiyaya, 10%-ni Bosnya və Hersoqovina idarəetmə orqanlarının hesabına və qalan 3%-ni Bosnya və Hersoqovinanın Burço vilayəti hesabına köçürəcəkdir.
Qeyd edək ki, son 20 ildə Moskva 140 mlrd dollar məbləğində xarici borcunu ödəyib. Ən çox borc ödənən ölkələr isə Kuba (30 mlrd dollar) və KXDR-dir (11 mlrd dollar).
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun