Rusiya istintaq qrupu xüsusi reyslə Türkiyəyə yola düşəcək

Rusiya istintaq qrupu xüsusi reyslə Türkiyəyə yola düşəcək
20 Dekabr 2016
Mətni dəyiş
Rusiyanın operativ-istintaq qrupu Ankaradakı səfir Andrey Karlovun öldürülməsi ilə əlaqədar olaraq, bu gün xüsusi reyslə Türkiyəyə yola düşəcək.
RİA Novosti-yə istinadən verilən məlumata görə, ötən gün RF və Türkiyə liderləri qətlin araşdırılması üçün Ankaraya Rusiya istintaq qrupunun göndərilməsi ilə bağlı razılıq əldə ediblər. Vladimir Putin qeyd edib: "Biz qatili kimin göndərdiyini bilməliyik".
A.Karlovun öldürülməsindən sonra V.Putin Rusiyanın Türkiyədəki diplomatik nümayəndəliklərinin mühafizəsini gücləndirməyi tapşırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun