Rus qoşunlarının bir hissəsi Suriyadan çıxarılacaq

Rus qoşunlarının bir hissəsi Suriyadan çıxarılacaq
29 Dekabr 2016
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putin Suriyada rus qoşunlarının sayının azaldımasına razılaşıb.
Bu barədə Reuters məlumat verir.
Suriyadan rus qoşunlarının bir hissəsinin çıxarılması ehtimalının olması ilə bağlı Müdafiə naziri Sergey Şoyqu açıqlama verib. Onun sözlərinə görə bunun üçün lazımi şərait yaradılıb.
Putin həm də Suriyada atəşkəsin elan olması və tərəflər arasında sülh danışıqlarının aparılmasına başlanması ilə bağlı razılığa gəlindiyini də bildirib. Dövlət başçısı hal-hazırda üç sənədin – Süriya hökuməti və silahlı müxalifət arasında atəşkəs aktının, sülh danışıqları ilə bağlı açıqlama və barışıq rejimin idarəsi ilə bağlı kompleks tədbirlər haqqında sənədlərin imzalandığını bildirib.
Suriyada atəşkəs rejimi dekabrın 30-u gecəyarısında Süriya dövləti və müxalifətin arasında çatışmaların olduğu bütün regionlarda başladılacaq. Barışığın qarantı Rusiya və Türkiyə olacaq.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun