Qarlı hava ilə əlaqədar Bakıda sıxlıq yaranan küçələr açıqlanıb

Qarlı hava ilə əlaqədar Bakıda sıxlıq yaranan küçələr açıqlanıb
8 Dekabr 2016
Mətni dəyiş
Qarlı hava şəraiti ilə əlaqədar olaraq Bakının bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Abzas xəbər verir ki, bu barədə "APA-Economics"ə Bakı Nəqliyyat Agentliyində məlumat verilib.
Məlumata görə, Tbilisi prospekti (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospekti (mərkəz istiqamətində), Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Yusif Səfərov küçəsi (mərkəz istiqamətində) sıxlıq müşahidə edilir.
"Yollar buz bağladığında sürücülər nəqliyyat vasitələrini ehtiyatla idarə etsinlər", - deyə BNA sürücülərə müraciət edib

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun