"Qara bazar"da dollar kəskin bahalaşıb

"Qara bazar"da dollar kəskin bahalaşıb
19 Dekabr 2016
Mətni dəyiş
Şənbə və bazar günləri (dekabrın 17-si və 18-i) "qara bazar"da dolların qiymətinin avronu keçdiyi bildirilir.
Qlobal bazarda avronun ucuzlaşması Azərbaycanın qanunsuz valyuta mübadiləsi bazarına da təsir edib. Avro 1.85-ə manata alınıb və 1.90-a satılıb. Dolların alışı 1.86, satışı isə 1.92 manat olub.
Mərkəzi Bankın məzənnəsinə görə, dekabrın 19-u 1 dollar 1.7525 manata bərabərdir. Ölkənin əksər kommersiya bankları dollar satışından imtina edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun