"Qara bazar"da dollar 2 manata yaxınlaşıb

"Qara bazar"da dollar 2 manata yaxınlaşıb
23 Dekabr 2016
Mətni dəyiş
“Qara bazar”da dolların satış qiymətinin 1.94 manata qalxdığı bildirilir. Valyuta alverçiləri 1 dolları 1.92 manatdan alıb, 1.94 manatdan satırlar.
Dünən hərracda dollar bahalaşmamışdan əvvəl “qara bazar”da dollar 1.93 manata satılırdı.
Hökumət "Qara bazar"a qarşı mübarizəni gücləndirib. İndi qanunsuz valyuta ticarətçiləri əvvəlki kimi rahat fəaliyyət göstərə bilmirlər. Bu səbəbdən də dolların "qara bazar"da qiyməti qalxır.
Artıq "qara bazar"da dollar Mərkəzi Bankın rəsmi məzənnəsindən təxminən 10% baha satılır.
Qeyd edək ki, 22.12.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7622 səviyyəsində müəyyən olunmuşdur.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun