Pensiya yaşının artırılması haqqında qanun layihəsi parlamentə daxil olub

Pensiya yaşının artırılması haqqında qanun layihəsi parlamentə daxil olub
28 Dekabr 2016
Mətni dəyiş
Azərbaycanda peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılmasını nəzərdə tutan "Əmək pensiyaları haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi gələn il müzakirə olunmalıdır, mətbuat bildirir.
Qanun layihəsinin bu ilin sonunda müzakirəyə çıxarılması nəzərdə tutulsa da, sənədin müzakirəsinin vaxtı dəyişdirilərək gələn ilə saxlanılıb.
Millət vəkili Vahid Əhmədov BBC Azərbaycancaya bildirib ki, layihə parlamentin 2017-ci il yaz sessiyasında müzakirə edilə bilər. O, bu barədə başqa şərh verməyib.
Milli Məclisə daxil olan layihədə hərbçilərlə bağlı əmək pensiyası üçün yaş həddinin artırılması məsələsi əks olunmayıb. Digər bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı isə müvafiq olaraq artırılır, agentlik yazır.
Məlumata görə, layihədə, ümumilikdə, pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılması nəzərdə tutulur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun