"Paşa Holdinq"in şirkəti 10 günə 2 milyon necə qazanır?

"Paşa Holdinq"in şirkəti 10 günə 2 milyon necə qazanır?
12 Dekabr 2016
Mətni dəyiş
Cəmi 10 gün öncə media "Paşa Development" MMC-nin öz kapitalını 1 milyon 700 min manat artırdığını yazmışdı. İndi bu məbləğin daha 2 milyon manat çoxaldığı məlum olub.
Vergilər nazirliyinin məlumat bazasında göstərilir ki, hazırda şirkətin nizamnamə kapitalı 299 milyon 973 min 905 manatdır.
2012-cı ildə yaradılarkən, təsisçi "Paşa Holdinq" MMC ona, ilkin kapital olaraq, 16 milyon manat vermişdi. Dörd il yarıma şirkətin kapitalı 18 dəfə artıb.
Şirkətdə belə sürətli boy artımının nədən qaynaqlandığını şərh etmək istəməyiblər. "Paşa Development" MMC-nin Azərbaycan və Gürcüstanda daşınmaz əmlaka yatırım etdiyi bildirilir.
Kapital artımı holdinqin başqa bir törəmə müəssisəsində - "Yeni Dinamo Oteli" MMC-də baş verib. Bakıda - Daxili İşlər Nazirliyinin "Dinamo" idman mərkəzinin yerində tikilən otelin istifadəyə verilməsi ildən ilə ləngiyir.
Ötən il qonaqlarını qarşılayacağı bildirilən otelin açılışı əvvəlcə 2016-cı ilə, indi isə növbəti ilə keçirilib. 28 nömrədən, restoran və sağlamlıq obyektlərindən ibarət bu otel "Absheron Hotel Group" MMC-yə daxildir. Tikintiyə sərf olunan sərmayənin bir hissəsi – 1 milyon 255 min manatı onun kapitalına yönəldilib.
Bu ilin əvvəlində "Paşa Holdinq" MMC-nin icraçı direktoru Mir Camal Paşayev mediaya açıqlamasında bildirmişdi ki, qarşıdakı 2 ildə qrup Azərbaycanla yanaşı, Gürcüstan və Türkiyəyə də sərmayə ekspansiyasını davam etdirəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun