Obama neft çıxarılmasını qadağan edib

Obama neft çıxarılmasını qadağan edib
22 Dekabr 2016
Mətni dəyiş
Amerika Birləşmiş Ştatları prezidenti Barack Obama Şimal qütbündə və Atlantik okeanı sahillərində neft və təbii qaz axtarış-istehsal fəaliyyətlərinin "müddətsiz" dayandırılması barədə qərar verib.
Ağ Evdən verilən açıqlamada, ABŞ-ın şimal qütbündə yerləşən Chukchi və Beaufort dənizlərinin böyük hissəsi ilə Atlantik sahillərindəki 31 sahənin neft və təbii qaz axtarış-istehsal fəaliyyətlərinə "müddətsiz bağlı" olacağı bildirilib.
Açıqlamada ayrıca, Kanada Baş naziri Justin Trudeau-nun da sərhəd bölgədə analoji qərarı verdiyi qeyd edilib. Lakin, Kanadada bu qərar beş ildən bir təkrar nəzərdən keçirəcək
Obama yanvarda vəzifəsindən getməzdən əvvəl, bölgəni qorumaq cəhdi olaraq bu cür addım atıb. Onun 1953-cü ildə qüvvəyə minən qanuna arxalanaraq, bu cür davrandığı bildirilir.
Ölkənin yeni seçilən prezidenti Donald Trump-ın söz mövzusu qərarı geri çevirməsi isə artıq çox çətindir. Çünki Trump-ın bu qərarı yox sayması üçün məhkəmədən təsdiq alması lazımdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun