Neftin qiyməti qalxır

Neftin qiyməti qalxır
12 Dekabr 2016
Mətni dəyiş
OPEC-ə üzv olmayan ölkələrin hasilatı azaltmaq barədə razılığa gəlməsi neftin qiymətini qaldırıb.
Keçən həftə Azərbaycan və Rusiya da daxil olmaqla, bir neçə neft ölkəsi istehsalı gündə 500 min barreldən çox azaltmağa razı oldular. «OPEC və qeyri-OPEC ölkələrinin imzaladıqları anlaşmalar katalizator rolunu oynadı». Bunu OANDA beynəlxalq ticarət şirkətinin baş analitiki Jeffrey Halley deyib.
Bu gün bazarda «Brent» markalı neftin bir barreli 2.29 dollar bahalaşıb, 56.62 dollar olub.
OPEC 2001-ci ildən bəri ilk dəfədir ki, hasilatı azaltmaq barədə razılıq əldə edir. Keçən ay təşkilata üzv ölkələr istehsalı gündə 1.2 milyon barrel azaltmaq barədə anlaşma imzalayıblar. Səudiyyə Ərəbistanı kimi nəhəng neft istehsalçısının həftəsonu verdiyi vəd—hasilatı azaldacağına bir daha söz verməsi qiymətlərə xüsusi təsir edib. Mütəxəssislər neftin dəyərinin 2015-ci ildən bəri ən yüksək həddə çatdığını deyirlər. Amma 2014-cü illə müqayisədə qiymətlər yenə iki dəfə aşağıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun