Naxçıvanda yumurta satışına limit qoyulub [Video]

Naxçıvanda yumurta satışına limit qoyulub [Video]
15 Dekabr 2016
Mətni dəyiş
“Naxçıvanda yumurtanın pərakəndə satışına 10 günə yaxındır ki, limit tətbiq edilib”. Bunu “Turan”ın bölgə müxbiri bildirib.
Onun sözlərinə görə,  hər bir şəxsə yalnız 30 ədəd yumurta verilir. Yumurta satışına nəzarəti Naxçıvan İqtisadi İnkişaf  Nazirliyinin əməkdşaları həyata keçirirlər.Nəzarət edilir ki, limitdən artıq yumurta alınmasın.
Mənbə deyir ki, Naxçıvan İqtisadi İnkişaf  Nazirlyinin ənməkdaşları limit tətbiq olunmasının səsəblərinə aydınlıg gətirmirlər: “Sual verəndə ki, Naxçıvanda broyler fabrikləri ola-ola niyə yumurtaya limit tətbiq edilir. Cavabları bu olur ki, “biz bilmərik”.
Mənbə bunu da bildirir ki, Naxçıvanda bir neçə broyler fabriki olsa da onların heç biri fəaliyyət göstərmir.
[embed]https://www.youtube.com/watch?v=oYHP-qq_1e4[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun