"Nardaran işi" üzrə məhkəmədə iştiraka görə 30 sutka?

"Nardaran işi" üzrə məhkəmədə iştiraka görə 30 sutka?
6 Dekabr 2016
Mətni dəyiş
Göygöl rayonunda ictimai fəal Tacəddin Qaydalıyev 30 sutkalıq həbs olunub, bu barədə Turan-a AXCP fəalı Gözəl Bayramlı bildirib.
Onun sözlərinə görə, o, hələ noyabrın 28-də həbs edilib. Bayramlı qeyd edib ki, Qaydalıyevin "təqsiri" "Nardaran işi"üzrə məhkəmədə iştirak etməsidir.
"O mənə deyib ki, məhkəmədən çıxdıqdan sonra bir neçə nəfər onu dayandırıb və uzun müddət buraya niyə gəldiyini soruşub", deyə Bayramlı bildirib.
Noyabrın 28-də Qaydalıyev Göygöl rayon polis şöbəsinə çağırılıb və oradaca polisə tabe olmamaqda ittiham olunub və həbs olunub.
Qaydalıyev AXCP üzvü deyil. Hələlik onun vəkili yoxdur.
Son bir ayda təxminən on fəal, əsasən AXCP üzvləri inzibati həbslərə məruz qoyulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun