Müəyyən edilmiş yerlərdən kənarda saxlayan taksilər cərimələcək

Müəyyən edilmiş yerlərdən kənarda saxlayan taksilər cərimələcək
5 Dekabr 2016
Mətni dəyiş
Azərbaycanda taksilərlə bağlı yeni qadağalar tətbiq ediləcək.
Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.
Məcəlləyə əlavəyə əsasən, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədi ilə durması qadağan edilir. Buna görə, 40 manatdan 50 manata qədər cərimə müəyyənləşdirilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun