Moskvayla Vaşinqton arasında dialoq dondurulub

Moskvayla Vaşinqton arasında dialoq dondurulub
22 Dekabr 2016
Mətni dəyiş
Kremllə Vaşinqton arasında bütün səviyyələrdə danışıqlar dondurulub və Moskva buzların tezliklə əriyəcəyini gözləmir.
Bunu Kremlin sözçüsü Dmitry Peskov «Mir TV»yə müsahibəsində deyib. Onun sözlərinə görə, tərəflər ya heç danışmır, ya da minimal danışıqlar aparırlar və münasibətlər yeni prezident Donald Trump iş başına keçən kimi düzələsi deyil. D.Peskov buna iki məsələnin—NATO-nun genişlənməsinin və Rusiyaya qarşı sanksiyaların səbəb olduğunu söyləyib.
Rusiya prezidenti Vladimir Putin də dekabrın 21-də sanksiyalar haqda danışıb, onların ölkələri cəbhələrə ayırdığını, ümumi bəlaya- terrora qarşı cəhdləri birləşdirməyə imkan vermədiyini deyib.
D.Trump seçki kampaniyası zamanı Rusiyayla münasibətləri yoluna qoyacağına, terrorla Moskvayla birgə mübarizə aparacağına söz verib.
Dövlət Departamentinin sözçüsü John Kirby D.Peskov-un dediklərini təkzib edib. Fikir ayrılıqlarına baxmayaraq, Vaşinqtonun Moskvayla dialoqu davam etdirdiyini söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun