Metro istifadəçilərinin sayı azalıb

Metro istifadəçilərinin sayı azalıb
19 Dekabr 2016
Mətni dəyiş
Bu ilin yanvar-noyabr aylarında Bakı metrosunun sərnişinləri azalıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyd olunan dövrdə metronun xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2.4 faiz azalaraq 197.2 milyon nəfərə düşüb.
Ümumilikdə, 11 ayda nəqliyyat sektorunda 1 milyard 746 milyon 544.2 min sərnişin daşınıb. Metrodan fərqli olaraq, dəmiryol, dəniz, hava və avtomobillə sərnişindaşıma artıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun