Mehman Hüseynova qarşı təxribat törədilib

Mehman Hüseynova qarşı təxribat törədilib
23 Dekabr 2016
Mətni dəyiş
Bu gün bloqqer Mehman Hüseynova qarşı təxribat törədilib. Bloqqer evdən çıxandan naməlum adamlar tərəfindən izlənildiyini hiss edib.
O, bərbərə gedib, orda yenə həmin adamların ətrafda gəzdiyini görüb. Salondan çıxanda onu izləyən adamlardan biri yaxınlaşıb Mehman Hüseynova möhkəm çiyin vurub və qolundan tutub, dava salmaq istəyib. Bu zaman, o, əllərindən çıxıb, qaçıb.
Buna da baxın: “Görünür İlham Əliyevin ad gününə hədiyyə etmək istəyiblər”
Mehman Hüseynov ehtimal edir ki, ona qarşı Seymur Heziyə olan xuliqanlıq işindən tikmək istəyirlər. O deyir ki, başına nə iş gəlsə, arxasında villalarını çəkib, göstərdiyi nazirlərdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun