Maqnus Karlsen yenidən şahmat üzrə dünya çempionu olub

Maqnus Karlsen yenidən şahmat üzrə dünya çempionu olub
1 Dekabr 2016
Mətni dəyiş
Norveçli Maqnus Karlsen şahmat üzrə dünya çempionu olub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, o, rusiyalı Sergey Karyakini 4-cü tay-breyk görüşündə məğlub edərək dünya çempionu titulunu qoruyub saxlaya bilib.
Beləliklə, şahmat tacı uğrunda Nyu-Yorkda keçirilən matç 9:7 hesabı ilə 26 yaşlı Norveç təmsilçisinin qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, 2013-cü ildə Maqnus Karlsen hindistanlı Vişvanatan Anandı məğlub edərək 16-cı dünya çempionu olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun