"Maliyyə çatışmazlığına görə bir neçə səfirlik bağlana bilər"

"Maliyyə çatışmazlığına görə bir neçə səfirlik bağlana bilər"
6 Dekabr 2016
Mətni dəyiş
“Maliyyə çatışmazlığı üzündən gələn il bir neçə səfirliyin bağlanılması gözlənilir”
Bunu deputat Fəzail Ağamalı parlamentdə büdcə müzakirələri zamanı səsləndirib. O qeyd edib ki, gələn ilin dövlət büdcəsindən Xarici İşlər Nazirliyinə 220 milyon manat vəsait ayrılıb: “Bu vəsait kifayət qədər azdır. Ancaq mənzil kommunal təsərrüfatı birliklərinə isə 300 milyon manat vəsait ayrılıb. Mən başa düşmürəm, bizim üçün səfirliklər daha əsasdır, yoxsa mənzil kommunal təsərrüfat birlikləri?”.
Millət vəkili eyni zamanda rayonların ləğv edilərək quberniya idarəçilik sisteminə keçilməsini təklif edir. Onun fikrincə bu idarəçilik sistemi daha çevik və səmərəlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun