İrkutskda spirtdən kütləvi zəhərlənmə işi ilə bağlı bir neçə azərbaycanlı saxlanılıb

İrkutskda spirtdən kütləvi zəhərlənmə işi ilə bağlı bir neçə azərbaycanlı saxlanılıb
23 Dekabr 2016
Mətni dəyiş
Azərbaycandan olan bir neçə şəxs İrkutskda 70-dən artıq insanın ölümünə səbəb olan spirt tərkibli mayedən ("Boyarışnik") kütləvi zəhərlənmə işi ilə bağlı saxlanılıb. 
Bu barədə İrkutsk şəhəri Leninski rayon məhkəməsinin sədri bildirib.
Onun sözlərinə görə, şübhəli şəxslər məhkəmədə tərcüməçi tələb edib.
"Saxlanılanlar arasında spirt tərkibli maye satan köşklərin sahibləri, satıcılar - əsasən uşaqlı qadınlar, əvvəllər məhkum olunmayan şəxslər, hətta sürücülər də var. Lakin bir nəfər də istehsalçı yoxdur", - o qeyd edib.
Bir müddət əvvəl xəbər verilib ki,  İrkutsk şəhəri Leninski rayon məhkəməsi saxlanılan 13 nəfərdən üçüncüsü barəsində həbs qətimkan tədbiri seçib.
 Leninski rayon məhkəməsindən bildiriblər ki, iş üzrə 13 nəfər saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun