İrkutskda alkoqol zəhərlənməsindən ölənlərin sayı 25 nəfərə çatıb

İrkutskda alkoqol zəhərlənməsindən ölənlərin sayı 25 nəfərə çatıb
19 Dekabr 2016
Mətni dəyiş
Rusiyanın İrkutsk vilayətində spirt tərkibli mayedən ölənlərin sayı 25 nəfərə çatıb. Bu barədə vilayətin İstintaq Komitəsinin İstintaq İdarəsindən məlumat veriblər.
Məlumata görə, hazırda 42 nəfərin xəstəxanaya yerləşdirildiyi və onlardan 25 nəfərin öldüyü məlumdur. Qalanlarının vəziyyəti isə ağır olaraq qalır.
İlkin məlumatlara görə, konsentratın tərkibində metil spirti olub.
Hadisə qurbanlarının hamısı eyni mikrorayonda - Novo Leninoda yaşayanlar olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun