İran səfirinə məktub - Emil Saidlar

İran səfirinə məktub - Emil Saidlar
20 Dekabr 2016
Mətni dəyiş
Emil SAIDLAR
Cənab Möhsün Pakayinə.
Hörmətli Səfir! Millətlərin xüsusilə də gəncliyin etirazı, diplomatik dildə desək, notası dövlətlərin verdiyi etiraz notalarından daha yüksəkdə durur, Bu daha ciddi, daha uzunmüddətli və daha qəliz çözülən bir məsələdir.
Tərcümeyi-halınızdan məlumdur ki, hökümətin müxtəlif məqamlarında ciddi postlar tutmuş zəngin təcrübəli bir dövlət adamısınız və buna şübhəm yoxdur ki, Bir İran dövləti təmsilçisi kimi, “Azərbaycanın Şimalında - respublikamızda səfir olmaq, Tailand, Özbəkistan və ya Zambiyada səfir olmaq deyil” gerçəyinin fərqindəsiniz. Çünki, geniş coğrafiyada yaşamaqda olan xalqımız Rusiya torpaqlarından İran torpaqlarına qədər bir ərazidə müxtəlif dövlət vətəndaşlığı altında məskunlaşıblar. İran və Azərbaycan bir-biri ilə sırf tarixi-mədəni eyni zamanda siyasi bağlılığa malik xalqlardır, zamanla çiyin-çiyinə ölkələr idarə etmiş, zamanla ciddi gərginliklər yaşamış qonşularıq.
İndi, Cənab Səfir, bizlər yeni gərginik, bizi İranda həbsdə olan Murtaza Muradpurlarımızın taleyi ciddi narahat edir. Bizləri dövlətlərin siyasəti bu məqamda az maraqlandırır. Anladığımız odur ki, 60 günə yaxın ölüm aclığı etməsinə baxmayaraq ona bu qədər biganə yanaşılması heç bir ədalətə sığmır. İnanmaq istəyrik ki, bu aidiyyatı orqanlarınızın ədalətdə boşluqlarından irəli gəlmir, sadəcə hansısa səbəblərdən belə ciddi hadisə diqqətdən kənar qalıb. Sizin üzərinizə vacib bir yük düşdüyünü və bu mövzuda əvəzolunmaz konstruktiv rolunuz olacağına ümid edirik. Və elə bu inamla da məktubumuzun məqsədini sizə bəyan etdik.
Xahiş edirik ki, bizlərin soydaşlarımız Murtaza Muradpur, Rəsul Rəzəvinin taleyi üçün ciddi narahatçılığımızı İran dövlətinə çatdırasınız.
Hörmətlə,
Murtaza Muradpurların minlərlə qardaş-bacıları adından
Emil SAIDLAR.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun