İngiltərə "Brexit" planını yeni ildə açıqlayacaq

İngiltərə "Brexit" planını yeni ildə açıqlayacaq
21 Dekabr 2016
Mətni dəyiş
İngiltərə Baş naziri Theresa May "Brexit" planı ilə bağlı parlamentdə çıxış edib.
İngilis lider çıxışı zamanı xalqın tələbinin mütləq şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb:
"Rəsmi Brexit müddətini gələn ilin mart ayının sonuna qədər başlatmaqda qərarlıyıq. Hökumət AB ilə rəsmi müzakirələrə başlamadan əvvəl, millət vəkilləri layihə barədə məlumatlanmalı, ancaq xalqın tələbini hökumət qeyd-şərtsiz yerinə yetirməlidir".
Theresa May, Brexit müddətini rəsmi olaraq başladacaq Lissabon müqaviləsinin 50-ci maddəsi ilə bağlı suala, "Bu təqvimə tabe olacağıq. 50-ci maddə müddətini uzatmağa niyyətimiz yoxdur. Bundan başqa, həmin maddə qüvvəyə minmədən öncə fikirlərimiz haqqında daha çox məlumatı yayımlayacağımızı da söylədik. Yeni ilin əvvəlində edəcəyim çıxışda, yanaşmamız və imkanlar haqqında daha çox məlumat verəcəm", - deyə cavab verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun