İlham Əliyev: “Yaxın illərdə iqtisadiyyat neft və qazın hesabına yüksəlməyəcək”

İlham Əliyev: “Yaxın illərdə iqtisadiyyat neft və qazın hesabına yüksəlməyəcək”
7 Dekabr 2016
Mətni dəyiş
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 30-da XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgisi ilə tanışlıq zamanı “Euronews” telekanalına müsahibə verib.
“Euronews” telekanalı prezident Əliyevin müsahibəsi və “Bakutel-2016” sərgisi ilə bağlı reportaj yayımlayıb.
Prezident İlham Əliyev “Euronews”a müsahibəsində deyib ki, yaxın illərdə iqtisadiyyat neft və qazın hesabına yüksəlməyəcək:
“Ona görə yox ki, neft və qazın qiymətləri aşağı düşüb. Ona görə ki, iqtisadiyyatın digər sahələri – sənaye, turizm, xidmət, kənd təsərrüfatı və telekommunikasiya sənayesi, IT sahəsi ilə bağlı digər sektorlar inkişaf edir. Artıq ənənəvi olaraq keçirilən bu sərgi Azərbaycanın regionda telekommunikasiya və IT biznesi sahəsində liderlərdən biri olduğunu nümayiş etdirir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun