Hollandiyada Azərbaycan səfirliyinin qarşısında aksiya keçirilib

Hollandiyada Azərbaycan səfirliyinin qarşısında aksiya keçirilib
16 Dekabr 2016
Mətni dəyiş
Dekabrın 15-də  Hollandiyanın Haaga şəhərində azərbaycanlı fəallar Azərbaycanın bu ölkədəki səfirliyi qarşısında  aksiya keçirib.
Aksiya iştirakçıları "siyasi məhbuslara azadlıq" şüarı ilə gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun işgəncələrə məruz qalmasına etirazlarını bildirib, həmçinin onların azad olunmasını tələb ediblər.
"Niderlandda yaşayan, bura toplaşan azərbaycanlılar olaraq tələb edirik:
  1. Həbs edlən gənclər dərhal və qeyd-şərtsiz azad edilsin.
2. Gənclərə qarşı işkəncə verən polislər qanunla mühakimə edilsin və layiqli cəzalarını alsın.
3. Siyasi hakimiyyət bu addıma görə ictimaiyyətə və zərərçəkmişlərə açıqlama versin."
Aksiyanın qətnaməsi səfirliyin poçt qutusuna qoyulub.
Qeyd edək ki, Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da Heydər Əliyevin postamentinə “Qul Bayramınız mübarək” şüarını yazdıqdan sonra saxlanılıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Qiyas İbrahimov oktyabrın 25-də, Bayram Məmmədov isə dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun