Həbsdə olan MTN polkovnikini anasının yasına buraxmadılar

Həbsdə olan MTN polkovnikini anasının yasına buraxmadılar
5 Dekabr 2016
Mətni dəyiş
Hazırda həbsdə olan MTN polkovniki, Akif Çovdarovun idarəsində şöbə rəisi olan Səlim Məmmədovun anası dekabrın 2-də vəfat edib. 
Səlim Məmmədov anasının yasında iştirak etmək üçün etdiyi müraciətə mənfi cavab verilib. Bu barədə "Abzas"a MTN polkovnikinin vəkili Cavid Rzazadə məlumat verib.
Vəkil bildirib ki, S.Məmmədov tək övlad olduğunu bildirərək rəhbərlikdən anasının 3 mərasimində 1 günlük iştirak etməsinə icazə verilməsini istəmişdi. Ancaq onun yasda iştirakına icazə verilmədi.
Qeyd edək ki, Səlim Məmmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəhbərliyinə və Bakı Hərbi Məhkəməsinin sədrinə rəsmi məktubla müraciət etmişdi. Polkovnik tək övlad olduğunu bildirərək rəhbərlikdən anasının 3 mərasimində 1 günlük iştirak etməsinə icazə verilməsini istəmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun